Rusiya nümayəndə heyəti bu gün Ankaraya gedir

saytların hazırlanması

Evə çatdırılma

Rusiya nümayəndə heyəti bu gün Ankaraya gedir

Dünya

13 Noyabr 2020 13:12 976


Bu gün Rusiyadan geniş tərkibli nümayəndə heyəti atəşkəsdən sonra Qarabağda görüləcək işlərlə bağlı danışıqlar aparmaq üçün Ankaraya gedəcək. Görüşlər Türkiyənin Xarici İşlər və Müdafiə Nazirliyində baş tutacaq və Qarabağda görüləcək işlər, texniki məsələlər ətrafında danışıqlar aparılacaq.

Yenisabah.az xəbər verir ki, məlumatı Türkiyə mətbuatı yazıb. Qeyd olunub ki, bu barədə açıqlamanı ölkənin müdafiə naziri Hulusi Akar verib.

Rusiyadan gələn nümayəndə heyətinin əvvəlcə Xarici İşlər Nazirliyində görüşlər keçirməsi planlaşdırılıb. Günortadan sonra isə Müdafiə Nazirliyində görüşlər keçiriləcək. Sezar pizza

Məlumata görə, Rusiyadan təxminən 20 nəfərlik böyük bir qrup gələcək.

Yüksək səviyyəli nümayəndə heyətləri tərəfindən keçiriləcək görüşlərdə taktiki və texniki cəhətdən kimin harada duracağı, neçə nəfər olacağı, hansı fəaliyyətlərin həyata keçiriləcəyi məsələləri müzakirə olunacaq. Lent.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!