Rusiya Ombudsmanı Yekaterinburq hadisəsinə görə baş prokurorla əlaqə yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ombudsmanı Yekaterinburq hadisəsinə görə baş prokurorla əlaqə yaratdı

Dünya

30 İyun 2025 16:03 333


"İyunun 27-də Rusiyadakı Azərbaycan diasporunun nümayəndələrinin saxlanması, ölməsi və bədənə xəsarət yetirilməsi hallarının aydınlaşdırılması ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva mənimlə əlaqə saxlayıb".

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Ombudsmanı Tatyana Moskalkova sosial şəbəkədə yazıb.

“Mən həbsin qanuniliyini və əsaslılığını, cinayət törətməkdə şübhəli bilinən şəxslərin və cinayət işi üzrə zərərçəkmişlərin hüquqlarına riayət olunmasını yoxlamaq üçün vəsatətlə Rusiya Federasiyasının Baş Prokurorluğu ilə əlaqə saxladım. Dördpendirli pizza

Vəziyyəti nəzarətdədir, Sverdlovsk vilayəti üzrə İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Merzlyakova ilə daimi əlaqə saxlayıram, o da öz növbəsində Yekaterinburqdakı hüquqşünaslar və Azərbaycan diasporunun nümayəndələri ilə sıx əlaqə saxlayır”, - deyə Moskalkova qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!