Rusiya ordusu Ukraynada SES-in bəndini  partlatdı – Video

saytların hazırlanması

Evə çatdırılma

Rusiya ordusu Ukraynada SES-in bəndini  partlatdı – Video

Hadisə

06 İyun 2023 09:24 4426


Ukrayna ordusu ölkənin cənubunda yerləşən "Kaxovka" su anbarının Rusiya qüvvələri tərəfindən partladıldığını açıqlayıb.

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Cənub komandanlığı “Facebook” səhifəsində məlumat yayıb.

“Kaxovka” Rusiya işğalçı qüvvələri tərəfindən partladılıb”, – komandanlığın açıqlamasında deyilir. Qeyd olunub ki, dağıntının miqyası, suyun sürəti və həcmi, daşqınların ehtimal olunan əraziləri dəqiqləşdirilir. pizza mizza

Moskvanın Nova Kaxovkaya təyin etdiyi qondarma rəhbər Vladimir Leontiev isə xəbərləri təkzib edib.

“Hər şey sakitdir, ümumiyyətlə, heç nə yoxdur”, – o deyib.

“Telegram” kanallarında su anbarının dağıldığını göstərən videolar yayılıb. Yerli media yazır ki, dağıntılar aradan qaldırılmasa, Xerson vilayətinin böyük hissəsi su altında qala bilər. Ukrayna hakimiyyət orqanları ətraf ərazilərdə yaşayan əhalinin təxliyəsinə başlayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!