Rusiya ordusu canlı qüvvə çatışmazlığına görə Ukrayna ilə müharibəyə “Yunarmiya” yarı-hərbi birliyinin üzvlərini göndərə bilər.
Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Ukrayna kəşfiyyatı hətta RF Müdafiə naziri Sergey Şoyqunun müvafiq əmrini də yayımlayıb. Həmin əmrdə “Yunarmiya” hərəkatına üzv olan 17-18 yaşlı gənclərin döyüş əməliyyatlarına aparıla biləcəyindən bəhs olunur. pizza sifarişi
“Yunarmiya” Rusiya Müdafiə nazirliyinin tərkibində uşaq-gənc militarist təşkilatı sayılır. Burada gənclər arasında radikal-millətçi təbliğat aparılır, onlara xüsusi təlim keçilir. 8 yaşdan yuxarı uşaqlar həmin hərəkatın üzvü ola bilərlər.
Ekspertlər bu tip təşkilatların Hitler Almaniyası dövründə yaradıldığını, yuxarı sinif şagirdlərinin “Hitleryugend” bölmələrinə göndərilməsi praktikasını xatırladıblar.
Telegram kanalımız