Rusiya ordusu Xersonu atəşə tutdu,   ÖLƏNLƏR VAR

saytların hazırlanması

Evə çatdırılma

Rusiya ordusu Xersonu atəşə tutdu, ÖLƏNLƏR VAR

Dünya

24 Noyabr 2025 20:45 667


Rusiya ordusunun Ukraynanın Xerson vilayətini atəşə tutması nəticəsində üç nəfər həlak olub, daha üçü yaralanıb.

"Report"un Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, bunu vilayət prokurorluğu açıqlayıb.

Məlumata əsasən, Rusiya qoşunları 24 noyabrda bölgənin yaşayış məntəqələrini minaatanlar, dronlar və artilleriya, o cümlədən reaktiv silahlarla atəşə tutub. Sezar pizza

Yaralananlar arasında 17 yaşlı yeniyetmə də var, o, piyada əleyhinə minaya düşüb.

Bundan əlavə, vilayətdəki şəxsi evlər və kənd təsərrüfatı müəssisəsinin binaları da zədələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!