Rusiya ordusu yenidən Ukraynaya hücumu etdi: ölənlər və yaralılar var   ölənlər və yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Rusiya ordusu yenidən Ukraynaya hücumu etdi: ölənlər və yaralılar var ölənlər və yaralılar var

Dünya

01 Noyabr 2025 23:55 467


Rusiya qoşunları şənbə günü axşam saatlarında Ukraynanın Dnepropetrovsk vilayətinə hava hücumu edib.

"Report"un məlumatına görə, bu barədə Ukraynanın Xüsusi Əməliyyat Qüvvələrinin rəhbəri Vladislav Qayvanenko özünün telegram kanalında məlumat verib.

"Bu gün axşam saatlarında (Rusiya Silahlı Qüvvələri - red.) Samarovski rayonuna hücum edib. Yanğın baş verib, mağaza dağılıb. İlkin məlumatlara görə, ölən və yaralananlar var. Təfərrüatlar dəqiqləşdirilir", - o yazıb. Dominos pizza

Onun sözlərinə görə, gün ərzində Rusiya Nikopol vilayətində, xüsusilə rayon mərkəzi, Marhanets, Pokrovsk, Mirovsk və Çervonohrixorovska icmalarına FPV pilotsuz uçuş aparatları və artilleriya ilə zərbələr endirib:

"Təəssüf ki, ölüm hadisəsi var. Qadından başqa 73 yaşlı kişi də yaralanıb. O, ambulator müalicə alacaq. Hücumlar nəticəsində iki fərdi ev və iki avtomobil də zərər görüb, tərk edilmiş bina alovlanıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!