Rusiya ordusuna qoşulan lənkəranlı Şahmar əsir düşdü

saytların hazırlanması

Evə çatdırılma

Rusiya ordusuna qoşulan lənkəranlı Şahmar əsir düşdü

Dünya

07 Noyabr 2025 10:51 505


Rusiya-Ukrayna müharibəsində Ukrayna tərəfinə əsir düşən azərbaycanlının görüntüləri yayılıb.

"Yeni Sabah" xəbər verir ki, sosial mediada yayılan videoda Lənkəran sakini olduğunu bildirən Orazjanzadə Şahmar Aqoyli oğlu müharibəyə Rusiya ordusu tərəfindən qatıldığını deyib.

Əslən Boladi kəndindən olduğunu bildirən 1993-cü il təvəllüdlü şəxs Rusiyada cinayət törətdiyini və həbsdə olarkən orduya qoşulduğunu, orada təlimlərə cəlb edildiyini, daha sonra isə müharibə bölgəsinə aparıldığını bildirib. pizza mizza

Şahmar adlı şəxs öz istəyi ilə Ukrayna tərəfinə əsir düşdüyünü deyib. O, pul qazanmaq üçün müharibəyə qatıldığını, lakin digər şəxslərə bunu nümunə götürməməyi məsləhət görüb.

Əsir düşən həmyerlimizin daha əvvəl Azərbaycanda da cinayət törətdiyi iddia edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!