AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı yalnız Çərşənbə günü öyrəndiyim məlumatı sizə çatdıdım.
Yenisabah.az interfax-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
O, Azərbaycan lideri Əliyevlə görüşdən əvvəl Moskvaya zəng edərək əlavə təfərrüatları öyrənmək istəyib. pizza
"Ümumiyyətlə, görüşümüzdən 1 gün əvvəl, dünən və srağagün mənə verilən məlumatı sizə əsasən izah etdim", - o, Əliyevlə Düşənbədə görüşdə deyib.
"Açığını deyim ki, mən hətta dünən axşam Moskvaya zəng vurub əlavə təfərrüatların olub-olmadığını soruşdum. Mən sizə praktiki olaraq bildiyim hər şeyi söylədim", - Putin əlavə edib.
Onun sözlərinə görə, 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL təyyarəsinin pilotuna Mahaçqalaya eniş imkanı təklif olunub, lakin onlar öz hava limanına, oradan isə Qazaxıstana getmək qərarına gəliblər:
"Ona (təyyarə pilotuna - red.) Mahaçqalaya eniş etməyi təklif ediblər və bu, qara qutularda aydın şəkildə eşidilir, lakin o, öz doğma hava limanına, oradan da Qazaxıstana qayıtmaq qərarına gəlib".
Telegram kanalımız