Rusiya Qarabağda daha bir hərbi hospital yaradır

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Qarabağda daha bir hərbi hospital yaradır

Hadisə

03 Dekabr 2020 16:27 816


Rusiya Qarabağda ikinci hərbi hospital açır.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

O, Rusiya sülhməramlı əməliyyatı çərçivəsində ikinci hərbi hospitalın Ağdərədə açılacağını söyləyib: "Bu yaşayış məntəqəsində ikinci hərbi hospitalın yaradılması işləri davam edir. Xanabad yaşayış məntəqəsində Rusiya Müdafiə Nazirliyinin hərbi hospitalının briqadası tərəfindən 48 sakinə, o cümlədən 12 uşağa tibbi yardım göstərilib”. Marqarita pizza

Rusiya MN rəsmisinin sözlərinə görə, sülhməramlı qüvvələrin və Beynəlxalq Qızıl Xaç Komitəsinin koordinasiyası ilə həlak olanların cəsədlərinin axtarışı və mübadiləsi davam etdirilir.

Bundan başqa, Konaşenkov Rusiya sülhməramlılarının dinc sakinlərin daimi yaşayış yerlərinə təhlükəsiz qayıtmasını təmin etdiyini də vurğulayıb: “Ermənistandan Dağlıq Qarabağa son sutka ərzində 1479 nəfər qayıdıb. Ümumilikdə sülhməramlı əməliyyatı çərçivəsində 28 mindən çox qaçqının təhlükəsiz şəkildə qayıtması təmin olunub”. (APA)

Qeyd edək ki, bundan əvvəl Rusiya sülhməramlıları Xocalı ərazisində hərbi hospital yaradıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!