YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Rusiya qazı Azərbaycan vasitəsi ilə İrana svop ediləcək

Rusiya qazı Azərbaycan vasitəsi ilə İrana svop ediləcək

İqtisadiyyat

19 Sentyabr 2022 23:10 1800


İran Neft Nazirliyinin məlumatına görə, yaxın vaxtlarda Azərbaycan vasitəsilə Rusiya qazının sutkada 6 və 9 milyon kubmetr həcmində svop müqaviləsi və alışı həyata keçiriləcək.

Yenisabah.az xəbər verir ki, Neft Nazirliyinin ictimaiyyətlə əlaqələr xidməti “13-cü hökumətdə Neft Nazirliyinin bir illik fəaliyyət hesabatı” adlı hesabatda İran Milli Neft Şirkəti ilə Rusiyanın Qazprom şirkəti arasında 40 milyard dollarlıq anlaşma memorandumu məsələsinə aydınlıq gətirib.

Məlumata görə, yaxın vaxtlarda gündə 6 milyon kubmetr ekvivalentində qazın Rusiyadan dəyişdirilərək İranın cənubundan maye qaz şəklində ixrac edilməsinə dair razılıq əldə olunub.

Həmçinin İran Azərbaycan vasitəsi ilə 9 milyon kubmetr Rusiya qazı almağa hazırlaşır.

İranın Pakistan və Omana qaz ixrac boru kəmərinin tikintisi və İranın maye qaz layihələrinin başa çatdırılması da Rusiyanın “Qazprom” şirkəti ilə imzalanmış digər müqavilələr sırasındadır./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!