Rusiya qazının “Türk axımı” vasitəsi ilə Serbiyaya nəqlinə başlandı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya qazının “Türk axımı” vasitəsi ilə Serbiyaya nəqlinə başlandı

Dünya

01 Yanvar 2021 11:42 775


Rusiya qazını Avropaya ixrac edən “Türk axımı” qaz kəmərinin Serbiya qismi istifadəyə verilib.

Yenisabah.az xəbər verir ki, qaz kəmərinin istifadəyə verilməsi ilə bağlı Qospocints kəndində keçirilən rəsmi mərasimdə Serbiya Prezidenti Aleksandr Vuçiç, Rusiyanın Serbiyadakı səfiri Aleksandr Botsan-Xarçenko  iştirak edib.

A. Vuçiç çıxışında bu kəmərin Serbiya üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Daha sonra kəmər Serbiyanın qaz təchizatı sisteminə qoşulub. Pepperoni pizza

“Türk axımı”nın ikinci qolu Rusiya qazını Cənubi və Cənub-Şərqi Avropaya nəql etmək üçün nəzərdə tutulub. Kəmər Bolqarıstan, Serbiya və Macarıstan ərazisindən keçir. Serbiya ərazisində kəmərin uzunluğu 402 kilometr, ötürücülük qabiliyyəti il ərzində 13,88 milyard kubmetrdir.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!