Rusiya qoşunları Xarkovun mərkəzində: Ağır döyüşlər gedir

saytların hazırlanması

Evə çatdırılma

Rusiya qoşunları Xarkovun mərkəzində: Ağır döyüşlər gedir

Maraqlı

27 Fevral 2022 10:01 643


Rusiya qoşunları Ukraynanın Xarkov şəhərinə giriblər.

Bu barədə “Report” UNİAN-a istinadən xəbər verir. Qeyd edilir ki, hazırda ağır döyüşlər gedir.

Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov Xarkova Rusiya qoşunlarının girişini təsdiqləyib. “Diqqət! Sığınacaq yerləri tərk etməyin! Ukrayna Silahlı Qüvvələri düşməni məhv edir. Mülki əhalidən xahiş edirik ki, şəhərin küçələrinə çıxmasınlar”, - deyə o yazıb. Sezar pizza

"Xahiş edirəm, evdə qalın. Şəhərdə vəziyyət çox gərgindir", - şəhərin meri İqor Terekhov deyib.

Artıq sosial şəbəkələrdə Rusiya qoşunlarının şəhərdəki texnikasının hərəkətini əks etdirən videogörüntülər yayılıb. Hazırda küçə döyüşləri davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!