“Rusiya rəhbərliyi maraqlanmalıdır ki...” -   Partiya sədri

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya rəhbərliyi maraqlanmalıdır ki...” - Partiya sədri

Siyasət

12 Oktyabr 2020 13:29 1085


Ermənistan əvvəlki dövrdə olduğu kimi erməni lobbisinin və xarici havadarlarının köməyi ilə ikiüzlü siyasətini beynəlxalq ictimaiyyətə sırımağa  çalışır.  Dağlıq Qarabağ münaqişəsi haqqında dünyada informasiya vakuumu yaratmaq üçün uğursuz cəhdlər göstərir. Lakin artıq Azərbaycanın cəbhə xəttində olduğu kimi, diplomatiya və informasiya sahəsində də uğurlu siyasət aparır. Bunun nəticəsində də Ermənistanın özü üçün münbit informasiya mühiti yaratma xülyası iflasa uğrayır.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, bu gün Ermənistan tərəfindən Azərbaycana yalnız hərbi sahədə təcavüz edilmir, eyni zamanda ölkəmizə qarşı bütün dünyada informasiya müharibəsi aparılır:

“Diplomatik sahədə müharibə aparılır.  Dünyada yaşayan bütün azərbaycanlılar güclərini səfərbər edərək bu müharibədə ermənilərin cavabını verməlidirlər. Bu sahədə artıq müəyyən müsbət dəyişikliklər var. Azərbaycanın informasiya şəbəkələrində gənclərimiz çox uğurla ermənilərin yalanlarını ifşa edirlər. Bu davam etməlidir və mən düşünürəm ki, biz tam şəkildə ermənilərin cinayətlərini, onların mahiyyətini dünyaya çatdırmaq üçün hələ çox iş görməliyik”. pizza hut

Ötən gecə Gəncədə mülki əhaliyə edilən hücuma münasibət bildirən millət vəkili qeyd edib ki,  bu, çox açıq şəkildə törədilən hərbi cinayətdir:

“Bu hadisə bütün beynəlxalq konvensiyaların  kobud şəkildə pozulmasıdır. Lakin məsələ burasıdır ki, Ermənistan, ümumiyyətlə, beynəlxalq hüquq normaları anlayışına malik deyil. BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum qətnamələri var. Ermənistan onları heç vecinə də almır. Hətta sonuncu dəfə atəşkəsi pozub mülki əhaliyə atəş açmaqla Putin və onun naziri ilə imzaladığı sazişi də vecinə almadı. Deməli, Ermənistan üçün heç bir hüquq normaları mövcud deyil, heç vaxt qəbul etməyib. Mənə elə gəlir ki, bu gün Rusiya rəhbərliyi maraqlanmalıdır ki, Moskvada Mnatsakanyanın imzaladığı nə idi? Bu gün əslində, beynəlxalq hüquq normalarının bərpası ilə Azərbaycan Silahlı Qüvvələri məşğuldur. Minsk qrupu BMT qətnamələrinin icrasını həyata keçirməlidir. Bu gün Azərbaycan Silahlı Qüvvələri cinayətkarı sülhə məcbur edir və mənə  elə gəlir ki, məhz bu, tam beynəlxalq hüquq normalarının icrası deməkdir”.

Sayad HƏSƏNLİ

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!