Rusiya rəsmiləri bu yaxınlarda İranın istehsal etdiyi pilotsuz uçuş aparatlarını (PUA) nəzərdən keçirmək üçün Tehrana səfər edib.
Yenisabah.az xəbər verir ki, bu iddianı ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan səsləndirib.
Sallivan Rusiya nümayəndələrinin nəzərdən keçirdiyi PUA-ların peykdən görüntülərini yayımlayıb. Nümayəndələr iki dəfə, iyunun 8-də və iyulun 5-də İrana səfər edib. Toyuqlu pizza
Bundan əvvəl Sallivan İranın Rusiyaya raketlər daşıyan PUA-lar verməyə hazırlaşdığını bildirib.
Telegram kanalımız