Rusiya rəsmisi: “Kreml Bakı və İrəvana köməyini davam etdirəcək“

saytların hazırlanması

Evə çatdırılma

Rusiya rəsmisi: “Kreml Bakı və İrəvana köməyini davam etdirəcək“

Rəsmi

14 Sentyabr 2022 11:45 1110


"Moskva üçtərəfli sazişlərin həyata keçirilməsində Bakı və İrəvana kömək etməkdə davam edəcək".

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.

O deyib: “Rusiya üçtərəfli razılaşmaların həyata keçirilməsi üçün Bakı və İrəvana bütün lazımi yardımı göstərməyə davam etməkdə qərarlıdır. Müvafiq idarələr və sülhməramlıların komandanlığı vasitəsilə ən yüksək və yüksək səviyyələrdə də daxil olmaqla bütün müvafiq əlaqələr müntəzəm xarakter daşıyır”. Dördpendirli pizza

D. Qonçarın sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti üçtərəfli görüşünün keçirilməsi ilə bağlı qərar qəbul olunarsa, Kremlin mətbuat xidməti vasitəsilə müvafiq açıqlama veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!