Rusiya səfiri “3+3” formatından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya səfiri “3+3” formatından danışdı

Rəsmi

13 Dekabr 2021 14:20 555


“3+3” formatı region ölkələri arasında münasibətlərə müsbət təsir göstərməlidir".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin bildirib.

Xatırladaq ki, Ermənistan, Rusiya, Azərbaycan, Türkiyə və İran diplomatları dekabrın 10-da Moskvada “3+3” formatında keçirilən görüşdə əməkdaşlıq perspektivlərini və regionda ümumi təhlükələrə qarşı mübarizəni müzakirə ediblər. Onlar Gürcüstanın birgə işə qoşulmasında maraqlı olduqlarını da bildiriblər, lakin o, bundan imtina edib. Marqarita pizza

Səfirin fikrincə, “3+3” formatı hamını maraqlandıran məsələləri müzakirə etmək imkanıdır.

“Biz bu formatın əlavə dəyərini dialoq üçün imkan yaratmaqda, regionun bütün ölkələri üçün maraqlı olan məsələlər üzrə fikir mübadiləsində görürük. Formatı region ölkələri arasında münasibətlərə müsbət əlavə etməli olan bir şey kimi görürük”, - deyə səfir vurğulayıb.

Bunun Rusiya-Ermənistan münasibətlərinə təsir edə bilərmi sualına Kopırkin cavab verdi ki, bu, həm Rusiya, həm də Ermənistan üçün istiqamətlərdən biridir:

"Bu, bir növ, qarşılıqlı fəaliyyət və əməkdaşlıq məkanıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!