Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı

Siyasət

12 Sentyabr 2025 18:55 294


Finlandiya Xarici İşlər Nazirliyi (XİN) Polşanın hava məkanının pozulması ilə bağlı Rusiyanın bu ölkədəki səfiri Pavel Kuznetsov ilə söhbət aparıb.

Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.

Məlumata görə, Rusiyanın Helsinkidəki səfiri XİN-də söhbət zamanı Finlandiya tərəfinin nümayəndələrinə Moskvaya qarşı əsassız ittihamların, o cümlədən Baltikyanı ölkələrin infrastruktur obyektlərinə qarşı təxribat törədildiyinə dair iddialarının çoxluğuna diqqət çəkib. pizza sifarişi

Öz növbəsində, Finlandiya tərəfi Polşanın hava məkanının pozulması ilə bağlı etirazını ifadə edib və bunun qəsdən edildiyi fikrində olduğunu qeyd edib, Rusiyanı hücumda ittiham edib.

Məlum olduğu kimi, sentyabrın 11-də də eyni vəziyyətlə əlaqədar Fransa Xarici İşlər Nazirliyi Rusiya səfiri Aleksey Meşkovu çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!