"İrəvan ümid edir ki, KTMT missiyası Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşdirilməsində mühüm rol oynayacaq".
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin general-polkovnik Anatoli Sidorovla görüşündə bildirib.
Səfir deyib: “Burada missiyanıza xüsusi önəm verilir, onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının vəziyyətin sabitləşdirilməsində, vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün addımların atılmasında mühüm rol oynayacağını gözləyirlər”. pizza mizza
Kopırkinin sözlərinə görə, Ermənistandakı cəmiyyət və müxtəlif siyasi qüvvələr missiyanın işini diqqətlə izləyir: “Burada xatırladılır ki, təşkilat bu ilin əvvəlində Qazaxıstanda vəziyyətin sabitləşdirilməsində əsas rol oynayıb. Vacib nüans odur ki, Ermənistan hazırda KTMT-yə sədrlik edir”.
Diplomat missiyaya konkret nəticələrin əldə olunmasında uğurlar arzulayıb: “Bu, şübhəsiz, həm Ermənistan Respublikasında, həm də regionda təşkilatın nüfuzunu gücləndirməyə çalışacaq”.
KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası təşkilatın baş katibi Stanislav Zasın rəhbərlik etdiyi qurumun missiyasının Ermənistana göndərilməsi barədə razılığa gəlib. Ermənistana missiya göndərmək təklifi Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb.
Telegram kanalımız