Rusiya səfirliyi jurnalistlərin ölümü ilə bağlı paylaşım etdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya səfirliyi jurnalistlərin ölümü ilə bağlı paylaşım etdi

Hadisə

04 İyun 2021 22:00 1113


Rusiyanın Azərbaycandakı Səfirliyi Kəlbəcərdə jurnalistlərin mina partlaması nəticəsində ölümü ilə əlaqədar başsağlığı verib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı səfirliyin Tvitter səhifəsində edilən paylaşımda deyilir:

“Səfirlik bu gün Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan azərbaycanlı jurnalistlərin ailələrinə və yaxınlarına başsağlığı verir”. pizza

Qeyd edək ki, bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan "Azərtac"ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif  Əliyev mina partlaması nəticəsində dünyalarını dəyişiblər. Daha 4 nəfər isə yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!