Rusiyanın Londondakı səfirliyinin qarşısındakı küçəyə “Kiyev” adı verilib.
Bakupost.az xəbər verir ki, bu barədə “Westminster” Şəhər Şurasının saytında məlumat yayılıb.
Bildirilib ki, yeni ünvan “Bayswater Road W2”nin kiçik bir hissəsini əhatə edəcək və Rusiya səfirliyinin yanında olacaq. Dominos pizza
Şəhər Şurasının sədri Adam Huq deyib ki, küçə adının dəyişdirilməsi təklifi Ukrayna icmasından gəlib. Bu, Ukrayna xalqına həmrəylik göstəricisi olaraq şəhər hakimiyyəti tərəfindən həyata keçirilib.
Həmçinin ötən cümə axşamı Rusiya səfirliyinin qarşısındakı küçə Ukrayna bayrağının rəngləri ilə boyadılaraq icazəsiz aksiya keçirilib. Hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb.
Telegram kanalımız