İyunun 16-da Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan və Rusiya Müdafiə Nazirliyinin başçısı, ordu generalı Sergey Şoyqu arasında telefon söhbəti olub.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirlər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin həll yollarını müzakirə ediblər. Marqarita pizza
Arutyunyan Ermənistan tərəfinin tərəfdaş dövlətlərin və strukturların məsələnin sülh yolu ilə həll edilməsi çağırışlarına hörmətlə yanaşdığını ifadə edərək, ölkəsinin mövqeyinin dəyişməz olduğunu bildirib.
Söhbət əsnasında Ermənistan-Azərbaycan sərhədinin Syünik və Qeqarkunsk vilayətlərindəki məntəqələrində Rusiya sərhədçilərinin yerləşdirilməsi məsələsi müzakirə olunub. Həmçinin, müdafiə sahəsində Ermənistan-Rusiya əməkdaşlığı və regional problemlərlə əlaqəli bir sıra məsələlərə də toxunulub.
Telegram kanalımız