Rusiya Silahlı Qüvvələri üç yaşayış məntəqəsini nəzarətə götürdü

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Silahlı Qüvvələri üç yaşayış məntəqəsini nəzarətə götürdü

Dünya

24 May 2025 15:11 336


Rusiya Silahlı Qüvvələri 24 saat ərzində Sumı vilayətində Loknya, Donetsk vilayətində Stupochki və Otradnoye yaşayış məntəqələrini nəzarət altına alıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, yaşayış məntəqələri "Şimal", "Cənub" və "Şərq" qoşun qruplaşmaları bölmələrinin hərəkətləri sayəsində nəzarətə götürülüb. Marqarita pizza

"Xüsusi əməliyyat qüvvələrinin ayrıca mərkəzi, Ukrayna Təhlükəsizlik Xidmətinin aviasiya mərkəzi, sursat anbarları, həmçinin Ukrayna Silahlı Qüvvələri bölmələrinin müvəqqəti dislokasiya məntəqələrinə zərbə endirilib", - deyə məlumatda bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!