Rusiya Şimal-Cənub dəhlizi ilə daşımalara dair sazişi dəstəklədi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Şimal-Cənub dəhlizi ilə daşımalara dair sazişi dəstəklədi

Siyasət

19 Dekabr 2024 01:21 282


Rusiya hökuməti Moskva və Bakı arasında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımalarının birgə inkişafı haqqında saziş layihəsini təsdiqləyib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş naziri Mixail Mişustinin imzaladığı sərəncamda bildirilir.

Sənəddə qeyd olunur ki, sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini artırmaq və Şimal-Cənub dəhlizinin qərb marşrutunun potensialını artırmaqdır. pizza sifarişi

Rusiya və Azərbaycan sənədin tələblərini və iki ölkənin qanunvericiliyini nəzərə almaqla, tranzit daşımalar zamanı malların öz əraziləri üzrə sərbəst hərəkətini təmin edəcəklər. Gömrük nəzarəti qaydaları həm qanunvericiliklə müəyyən edilmiş razılaşmalara, həm də Moskva və Bakının iştirak etdiyi beynəlxalq müqavilələrə əsaslanacaq.

Sənəddə həmçinin dəmir yolu infrastrukturu yeniləndikdən sonra Rusiyadan Azərbaycana hər il daşınmalı olan yüklərin zəmanətli həcmi də müəyyən edilib. 2028-ci il yanvarın 1-dən bu həcm ən azı 5 milyon ton olacaq, daha sonra isə hər il 15 milyon tonadək arta bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!