Rusiyanın rabitəyə nəzarət orqanı “Roscomnadzor” Rusiya Baş Prokurorluğunun tələbi əsasında musiqi paylaşma saytı SoundCloud-a girişi məhdudlaşdırdığını bildirib.
“Yeni Sabah” xəbər verir ki, agentlik iki dəfə saytın sahibi ilə əlaqə saxladığını və qadağan olunmuş məlumatların silinməsini tələb etdiklərini bildirib. Qeyd edilib ki, məlumat silinərsə platformaya giriş blokdan çıxarılacaq.
“Rusiya Baş Prokurorluğunun tələbi əsasında Roscomnadzor Ukraynada xüsusi hərbi əməliyyatın mahiyyəti, onun forması və döyüş üsulları ilə bağlı qeyri-dəqiq məlumatların yer aldığı materiallara görə SoundCloud xidmətinə girişi məhdudlaşdırıb”, - deyə agentlik bildirib. Toyuqlu pizza
Telegram kanalımız