Rusiya sülhməramlıları əməliyyat bölgəsindədir

saytların hazırlanması

Evə çatdırılma

Rusiya sülhməramlıları əməliyyat bölgəsindədir

Hadisə

11 Noyabr 2020 08:25 1671


Ermənistana göndərilən Rusiya sülhməramlı hissəsinin hərbi qüvvələri atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi zonasındakı hərbi əməliyyatlara nəzarət etmək üçün tapşırıqları yerinə yetirəcəkləri əraziyə yollanıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Hərbi kolonlar 250 km-dən çox yol qət etməli və Dağlıq Qarabağdakı təmas xətti boyunca, eləcə də Laçın dəhlizi boyunca Rusiya müşahidə postlarının yaradılması üçün sülhməramlı kontingent yerləşdirməlidir”, - nazirliyin yaydığı məlumatda belə deyilir. Dördpendirli pizza

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və hərbi əməliyyatlara nəzarət etmək üçün 1960 nəfərlik hərbi qulluqçu, 90 zirehli nəqliyyat vasitəsi, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət Rusiya sülhməramlı kontingenti yerləşdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!