Rusiya sülhməramlıları Qarabağda daha bir müşahidə məntəqəsini bağladı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya sülhməramlıları Qarabağda daha bir müşahidə məntəqəsini bağladı

Hadisə

16 Oktyabr 2023 20:34 1414


Rusiya sülhməramlıları son 24 saat ərzində Qarabağda daha bir müşahidə məntəqəsini bağlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Qarabağda silahlı birləşmələrin tərk-silah edilməsi və buraxılması ilə əlaqədar sutka ərzində Rusiya Sülhməramlı Qüvvələrinin Əsgəran rayonu ərazisində daha bir müşahidə məntəqəsi bağlanıb”, - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı informasiya bülletenində bildirilib. Dominos pizza

Müdafiə Nazirliyindən əlavə edilib ki, sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Qarabağ ərazisində ümumilikdə 8 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!