Rusiya sülhməramlıları Qarabağdakı postlarını möhkəmləndirir

saytların hazırlanması

Evə çatdırılma

Rusiya sülhməramlıları Qarabağdakı postlarını möhkəmləndirir

Hadisə

12 Dekabr 2020 11:13 1143


Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları müşahidə məntəqələrini atışmadan və qəlpələrdən qorumaq, habelə yaxınlıqdakı əraziləri izləmək üçün strukturlarla təchiz ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayır.

“Rusiyalı sülhməramlıları hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorumaq, habelə yaxın ərazilərdə hərtərəfli müşahidələr aparmaq üçün hazırlanmış istehkamlarla müşahidə məntəqələrini təchiz ediblər”, - məlumatda deyilir. pizza sifarişi

Postun infrastrukturuna yaşayış üçün iki, yemək bişirmək üçün bir modul, eyni zamanda daimi elektrik enerjisi verən nəqliyyat və texnoloji modul daxildir. Bütün modullarda ev avadanlığı, elektrik cihazları, istilik və kondisioner sistemləri mövcuddur.

Rusiya sülhməramlı qüvvələrinin kontingenti Dağlıq Qarabağda və Laçın dəhlizi boyu cəmi 22 müşahidə postlarında yerləşiblər. Kontingentin qərargahı Xankəndində yerləşir. Erməni mənbələri bildirir ki, bəzi hərbçilər öz ailələrini də Qarabağa gətirməyi planlaşdırırlar. (Virtualaz.org)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!