Rusiya sülhməramlıları Qarabağdan gedir?   - Şoyqu danışdı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya sülhməramlıları Qarabağdan gedir? - Şoyqu danışdı

Maraqlı

21 Dekabr 2022 17:17 1920


2023-cü ildə Rusiya sülhməramlıları Qarabağda öz tapşırıqlarını yerinə yetirməyə davam edəcək. 

Modern.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib.

"Rusiya ordusu Qarabağda sülhün əsas təminatçısıdır və olmağa davam edəcək",- deyə Şoyqu bildirib.   pizza sifarişi

Qeyd edək ki, Rusiya sülhməramlı qüvvələri 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən 5 il müddətinə Qarabağa yerləşdirilib. Geridə qalan iki il ərzində sülhməramlılar öz missiyalarını yerinə yetirmək əvəzinə, erməni separatçılarına dəstək nümayiş etdiriblər. Bu isə Azərbaycan cəmiyyətinin haqlı etirazına səbəb olub və sülhməramlı qüvvələrin vaxtından əvvəl Qarabağdan çıxarılması tələb olunub. Şoyqu isə bugünkü açıqlaması ilə rus hərbçilərin gələn il də Qarabağda qalacağını rəsmən bəyan etmiş oldu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!