Rusiya sülhməramlıları: Vəziyyətə gecə-gündüz nəzarət edilir

saytların hazırlanması

Evə çatdırılma

Rusiya sülhməramlıları: Vəziyyətə gecə-gündüz nəzarət edilir

Rəsmi

11 İyun 2022 10:11 1268


Rusiya sülhməramlı kontingenti Qarabağda üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Rusiya sülhməramlıları 27 nəzarət-buraxılış məntəqəsində gecə-gündüz vəziyyətə nəzarət edir və atəşkəs rejiminə nəzarət edir. pizza hut

Məlumata görə, son sutkada Rusiya sülhməramlı kontingentinin məsuliyyəti zonasında heç bir qanun pozuntusu qeydə alınmayıb.

Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkam dəstələri minalardan təmizlənmə işini də davam etdirir və daha 1 hektar ərazi təmizlənib.

“Rusiya sülhməramlılarının təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək insidentlərin qarşısının alınması məqsədilə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahları ilə davamlı əməkdaşlıq davam etdirilir”, - deyə məlumatda bildirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!