Rusiya sülhməramlıları Xankəndi-Gorus yoluna yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya sülhməramlıları Xankəndi-Gorus yoluna yerləşdirildi

Rəsmi

30 Avqust 2022 12:18 1276


“Rusiya sülhməramlıları artıq yeni Stepanakert (Xankəndi)-Gorus marşrutunun 4,7 kilometrlik hissəsinə yerləşdirilib”.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə qondarma rejimin “ərazi idarəetmə və infrastruktur nazirinin mətbuat katibi” Viktoriya Petrosyan məlumat verib.

““Artsax”ı Ermənistanla birləşdirən yeni marşrutun müvəqqəti hissəsi tamamilə asfaltlanıb. Bu yol da Stepanakert (Xankəndi)-Berdzor (Laçın)-Gorus yolu ilə eyni məntiqlə işləyəcək. “Artsax”ı Ermənistanla birləşdirən dəhlizin əsas yol hissəsinin tikintisi başa çatana qədər yeni marşrut artıq fəaliyyətdədir. Hazırda orada Rusiya sülhməramlıları yerləşdirilib və monitorinq aparırlar”, - deyə V. Petrosyan deyib. Dominos pizza

Onun sözlərinə görə, yola ilboyu müvafiq mütəxəssislər tərəfindən xidmət göstəriləcək və hava şəraitindən asılı olmayaraq, nəqliyyatın hərəkətində heç bir problem olmayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!