“Rusiya sülhməramlılarının bölgədən çıxması sülh prosesinə əlavə təkan verdi” - Ceyhun Bayramov

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya sülhməramlılarının bölgədən çıxması sülh prosesinə əlavə təkan verdi” - Ceyhun Bayramov

Siyasət

26 Avqust 2025 21:13 584


Rusiya sülhməramlılarının bölgədən çıxması sülh prosesinə əlavə təkan verdi.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, 2023-cü ilin sentyabrında Ermənistan rəhbərliyinin növbəti dəfə separatçı rejimi qondarma müstəqillik münasibətilə təbrik etməsi, qondarma rejim tərəfindən “prezident seçkilərinin” keçirilməsi, eləcə də Ermənistanın bölgəmizdən tam olaraq çıxarılmamış qanunsuz silahlı birləşmələrinin davam edən təxribatları antiterror tədbirlərinə start verilməsini labüd etdi: Pepperoni pizza

"Bu əməliyyatlarla ölkəmizin suverenliyi 24 saatdan az bir müddətdə, beynəlxalq humanitar hüquqa əməl etməklə tam bərpa olundu. Azərbaycan tərəfi əməliyyat bitəndən iki gün ərzində BMT agentliklərinin nümayəndələrini və iki BMT missiyasının, eləcə də xarici ölkələrin səfirliklərinin bölgəyə səfərlərini təşkil edərək, iddiaların əksinə əməliyyatlar zamanı heç bir mülki əhali və obyektlərin hədəfə alınmadığını və bölgədə külli miqyasda hərbi texnika cəmləşdiyini bütün dünyaya nümayiş etdirdi, bununla atılan addımların beynəlxalq hüquqa uyğun və legitim olduğunu sübut etdi. Bu proses həm də sülh sazişi üzrə danışıqlara müsbət rəvac verdi. 2023-cü il antiterror tədbirlərindən sonra, Ermənistanın uzun müddət danışıqlar prosesində irəlilətməyə çalışdığı Qarabağ mövzusu danışıqlar masasından tam kənarlaşdırıldı. Yeni reallıqlar fonunda, Rusiya sülhməramlılarının mandat müddətindən 1 il yarım əvvəl bölgədən çıxması isə sülh prosesinə əlavə təkan verdi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!