“Azərbaycan İkinci Qarabağ savaşında birmənalı olaraq qələbə qazanıb. Ermənistan təslim olub. İndi mübarizənin diplomatik mərhələsi başlayıb. Diplomatiyada isə səbrli olmaq əsas şərtlərdən biridir”.
Bu sözləri Yenisabah.az-a hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucu üzvlərindən olan, təşkilatın Siyasi Şurasının üzvü, keçmiş icra başçısı Musa Musayev bildirib.
Onun sözlərinə görə, bəzi siyasi dəllallar bölgəyə Rusiya sülhmərəmlılarının gəlişini əllərində bayraq edərək Azərbaycanın qələbəsinə kölgə salmağa çalışır. “Halbuki Azərbaycan cəmi 44 gün ərzində işğal olunmuş ərazilərimizin əhəmiyyətli hissəsi, xüsusilə, Qarabağın gözü olan Şuşanı işğaldan azad edib. Bu mövcud geopolitik şərtlər daxilində o qədər də asan məsələ deyil. Amma Azərbaycan bu çətin tapşırığın öhdəsindən gəlib. Pepperoni pizza
Rusiya sülhməramlılarının da orda olması müvəqqətidir. Səbrli olmaq, milli birliyi pozmamaq, qələbəmizi inkişaf etdirib Qarabağın bütövlükdə azad olunmasına nail olmaq lazımdır. Bunun üçün isə səbrli və təmsil olmaq vacibdir. Elə şeylər var ki, açıq şəkildə demək olmur”, - deyə Musa Musayev vurğulayıb.
Keçmiş icra başçısı əlavə edib ki, İkinci Qarabağ savaşının sevindirici nəticələrindən biri də Naxçıvandan Azərbaycana dəhliz verilməsidir: “Bu dəhliz Meğri istiqamətindən olacaq. Bu çpx böyük nailiyyətdir. Bu, Naxçıvanla Azərbaycanın, eyni zamanda Azərbaycanla Türkiyənin birləşməsi deməkdir. Bundan böyük qələbə ola bilərmi?”.
Telegram kanalımız