Rusiya Ukraynaya qarşı müharibədə “əcnəbi könüllü” toplamağa davam edir.
Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, hazırda suriyalı muzdlulardan ibarət dəstələr yaradılır, onlar mükafat müqabilində rus komandirlərin əmrlərini yerinə yetirməyə hazırlanır. Məlumatda bildirlir ki, Suriyada muzdlular üçün qəbul mərkəzləri açılıb, artıq 400-ə yaxın “könüllü” Rusiya Federasiyasına gətirilib. Onların yerləşdirilməsi və təlim keçməsi üçün Rusiyanın Rostov və Qomel vilayətlərində - Ukrayna sərhədi yaxınlığında düşərgələr yaradılıb. Toyuqlu pizza
Rusiya Federasiyası Suriyada muzdlular üçün 14 “işə qəbul mərkəzi” açıb və Liviyadan olan döyüşçüləri hazırlayır.
“Rusiya əcnəbi muzdlulara aylıq 300-600 dollar arasında maaş verəcək”, - deyə Ukrayna kəşfiyyatı daha əvvəl bildirib.
Telegram kanalımız