“Rusiya suriyalı muzdluları Ermənistana göndərir” - Kanadalı jurnalist

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya suriyalı muzdluları Ermənistana göndərir” - Kanadalı jurnalist

Dünya

24 Aprel 2021 00:59 1013


Rusiya Ermənistana göndərmək məqsədilə Suriyanın cənubunda muzdlular toplayır.

Yenisabah.az xəbər verir ki, bu barədə kanadalı jurnalist Nil Hauer özünün “Twitter” səhifəsində yazıb.

“Etibarlı mənbə xəbər verib ki, Rusiya Ermənistana göndərmək üçün “Vaqner” özəl hərbi şirkəti vasitəsilə Suriyanın cənubunda muzdlular toplayır. Əvvəllər Rusiya suruyalı döyüşçülərdən Livanda istifadə edərkən də bu şirkətin xidmətlərindən yararlanmışdı”, - deyə jurnalist qeyd edib. pizza mizza

“Sueyd əl-Rased” müstəqil xəbər portalının məmlumatına görə, “Vaqner” Ermənistana göndərmək üçün Suriyanın Sueyd şəhərindən 73 muzdlu toplayıb. Muzdluların məvacibi 6 aylıq müqavilə ilə 2700-3000 dollar arasındadır. Xəbərə əsasən, əvvəllər “Vaqner” Liviya döyüşləri üçün də muzdlular yığıb.

Qeyd edək ki, Nil Hauer Suriya, Qafqaz və Rusiya üzrə ixtisaslaşmış müstəqil şərhçidir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!