"Rusiya Əfqanıstanın yeni hökumətinin tərkibinin elan edilməsi mərasimində məmnuniyyətlə iştirak edəcək".
Yenisabah.az TASS -a istinadəla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib:
"Əfqanıstan cəmiyyətinin bütün spektrini, o cümlədən "Taliban" və digər etnik qrupları, təkcə peştunları deyil, özbəkləri, həzaraları, tacikləri də əhatə edəcək bir hökumət qurma prosesinə dəstək olmaq istəyirik. Yalnız belə bir əhatəli hökumət yeni həyata davamlı bir keçid təmin edə bilər. Bu baş verərsə, inanıram ki, bu ölkədəki vəziyyətə təsir edən digər dəvət olunmuş ölkələrlə birlikdə belə bir mərasimdə məmnuniyyətlə iştirak edəcəyik". pizza
Xatırladaq ki, "Taliban" nümayəndəsi "əl-Cəzirə" telekanalına bildirib ki, Rusiya, həmçinin Türkiyə, Çin, İran, Pakistan və Qətər yeni Əfqanıstan hökumətinin tərkibi açıqlanacaq tədbirdə iştirak etməyə dəvət edilib.
Telegram kanalımız