“Rusiya tərəfi qardaşlarımın qətlini ört-basdır etməyə çalışır“ - Seyfəddin Hüseynli

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya tərəfi qardaşlarımın qətlini ört-basdır etməyə çalışır“ - Seyfəddin Hüseynli

Sosial

30 İyun 2025 20:59 473


"Rusiya tərəfi Yekaterinburqda qardaşlarımın qətlini ört-basdır etməyə çalışır".

Oxu.Az-ın məlumatına görə, bunu bu gün Heydər Əliyev adına Hava Limanında Yekaterinburqda hüquq-mühafizə orqanlarının evə basqını zamanı öldürülən Ziyəddin və Hüseyn Səfərovların qardaşı, tanınmış jurnalist Seyfəddin Hüseynli deyib.

O bildirib ki, bu, təkcə bir ailənin, bir el-obanın deyil, bütün Azərbaycanın acısıdır: Pepperoni pizza

"Yekaterinburqda baş verən faciədə ölkəmizin ləyaqətli oğulları qanunsuz şəkildə həbs olunub, amansız işgəncələrə məruz qalaraq öldürülüblər. Onlara qarşı saxta ittihamlarla qondarma "məhkəmə" qurulub. Rusiya tərəfi baş verənləri ört-basdır etməyə çalışır. Elə təqdim edirlər ki, guya həyəcan keçiriblər və ürəktutmasından vəfat ediblər. Ancaq məhkəmə-tibb ekspertizası hər şeyi ortaya qoyacaq. Hadisə ictimailəşəndən dərhal sonra dövlətimiz çevik reaksiya verdi, böyük bir faciənin daha da böyüməsinin qarşısı alındı. Prezident İlham Əliyevə, diaspor nümayəndələrimizə və xalqımıza təşəkkür edirəm. Onlar bu ailəyə dəstək verdilər".

Mərhum qardaşlarla vida mərasimi Ağcabədidə keçiriləcək və onlar doğulduqları torpaqda dəfn olunacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!