“Rusiyanın gərginliyi artırmasının əsl səbəbi nədir?” - Eks-nazirdən ritorik sual

saytların hazırlanması

Evə çatdırılma

“Rusiyanın gərginliyi artırmasının əsl səbəbi nədir?” - Eks-nazirdən ritorik sual

Siyasət

10 Fevral 2025 12:22 3968


"Rusiya tərəfinin gərginliyi artırmasının əsl səbəbləri nədir?"

Yenisabah.az xəbər verir ki, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

O, "Facebook" hesabında "Cavabsız suallar" adı altında Azərbyacan və Rusiya arasında mövcud gərginliyi şərh edib. pizza sifarişi

Tofiq Zülfüqarov qeyd edib:

- Rusiyanın səhvən vurulan təyyarəyə görə üzr istəməsində problem nədir? Hər hansı bir ölkənin ərazisində hərbi əməliyyatların getdiyi bir şəraitdə səhv hərəkətlərin baş vermə ehtimalı çox yüksəkdir.

- Nə üçün strateji qarşılıqlı fəaliyyətin hərfinə və ruhuna uyğun gələn münasibətlər faciəvi fəlakətə görə başsağlığı, rəğbət və üzr istəməyi ehtiva etməməlidir? Bir sıra kremlyönlü media orqanlarının şovinist reaksiyası qeyri-adekvatdır və qarşıdurma vəziyyətinin yaranmasına yönəlib.

- Rusiya tərəfinin gərginliyi artırmasının əsl səbəbləri nədir?

- Niyə bəziləriz sinxron şəkildə konflikti şişirtmək məntiqi ilə şərh verirlər (“axmaqsan - özün axmaqsan”).

- Niyə qarşı tərəfin öz məqsəd və vəzifələrinə uyğun olaraq başladığı münaqişəyə məhəl qoymama reaksiyası verilmir?

Mənim yalnız bir cavabım var:

Yayındığınız döyüş - qalib gəldiyiniz döyüşdür!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!