Rusiya-Türkiyə münasibətlərində yeni mərhələ

saytların hazırlanması

Evə çatdırılma

Rusiya-Türkiyə münasibətlərində yeni mərhələ

Dünya

08 İyun 2020 14:28 1596


Rusiya Türkiyə ilə strateji əməkdaşlığının inkişafında yeni mərhələnin başlanmasına işarə edir. Söhbət ilk növbədə S-400 zenit raket sistemlərinin ikinci komplektinin Türkiyəyə satılmasına dair danışıqlarda irəliləyişin əldə olunmasından gedir. Bundan əlavə, Moskva S-400 sistemlərinin istehsalında türk şirkətlərinin iştirak etməsini də mümkün sayır.

Rusiya-Türkiyə strateji tərəfdaşlığı artıq global və regional siyasətinin mühüm amillərindən birinə çevrilib. Daha da gücləndirildiyi təqdirdə bu tərəfdaşlıq Moskva və Ankaranın ənənəvi təsiri altında olan bölgələrdəki münaqişələrin tənzimlənməsində aparıcı rol oynaya bilər. 

Siyasi ekspertlərin fikrincə, ABŞ-la münasibətlərində sərinlik yaranan Türkiyə Rusiya strateji əməkdaşlıqda maraqlıdır. Bu rəsmi Ankara üçün həm də Azərbaycan baxımından əhəmiyyətlidir. Moskva da Ankaranın niyyətinə soyuq yanaşmır. Lakin bununla belə, Rusiya super güc kimi Türkiyə ilə əməkdaşlıqda dominant mövqedən çıxış etmək istəyir. Kremlin S-400-ləri işə salmaması da Ankara üzərində təsir imkanlarını saxlamaq niyyətindən xəbər verir. Ekspertlərin fikrincə, Rusiyanın bu davranışı əməkdaşlığın uzun müddətli olacağını şübhə altına alır. Toyuqlu pizza

Təhlilçilər düşünür ki, bu əməkdaşlığın güclənməsi Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyini də möhkəmləndirə bilər. Azərbaycan Türkiyə ilə qardaş ölkə və stratyeji müttəfiqdir. Bu səbəbdən Ankara Moskva ilə əməkdaşlıqda Azərbaycanın da maraqlarının təmin olunması üçün müəyyən addımlar ata bilər. Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra İrəvanla Kreml arasında müəyyən qədər soyuqluq müşahidə olunur. Bu situasiyada Rusiyanın Türkiyə ilə strateji tərəfdaşlığı Dağlıq Qarabağın probleminin həllinə Azərbaycanın maraqları baxımından müsbət təsir göstərəcəyi real görünür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!