Rusiya Türkiyədən meyvə-tərəvəz məhsullarının idxalına icazə verdi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Türkiyədən meyvə-tərəvəz məhsullarının idxalına icazə verdi

İqtisadiyyat

16 Aprel 2022 17:30 499


Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) Türkiyədən bibər, nar, üzüm, qreypfrut və portağal idxalına qoyulmuş məhdudiyyəti aradan götürüb.

AZƏRTAC xəbər verir ki, xidmətin mütəxəssisləri Türkiyənin müvafiq orqanları ilə ərzaq məhsullarında pestisidlərin miqdarına nəzarət olunması, əvvəllər aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə danışıqlar aparıblar.

“Rospotrebnadzor”un ekspertləri Türkiyəyə səfər edərək, meyvə-tərəvəz məhsullarının istehsalı və ixracı mərkəzlərində yoxlama aparıb, zərərli maddələrin miqdarının icazə verilmiş səviyyə uyğunluğuna əmin olublar. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!