XXI əsrdə ruslar ölkənin etnik azlığına çevrilə bilər.
Yenisabah.az “Komsomoslkaya Pravda”ya istinadla xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin hesabatı bu bədbin proqnoz üçün əsas verib.
Hesabata əsasən, təkcə ötən il ölkədə ölənlərin sayı 2,1 milyon nəfər olub ki, bu da əvvəlki ildən 324 min nəfər çoxdur. Beləliklə, ölüm halları hər min nəfərə 14,5 nəfər artıb. Lakin İslam dininin hakim olduğu bölgələrdə bu nisbət fərqlidir. Bu proses son 30 ildə dəyişməz olaraq davam edir. Toyuqlu pizza
Əhalinin siyahıyaalınması zamanı rusların sayının 111 milyon nəfər (77,7%) olduğu müəyyənləşib. Bu, 2002-ci ildə keçirilmiş əvvəlki siyahıyaalmaya əsasən, rus əhalisinin 5 milyon nəfər azaldığına dəlalət edir. Qeyri-rus əhalinin sayı isə müvafiq dövrdə 3,2 milyon nəfər artıb.
Mütəxəssislər bu dinamika ilə 2085-ci ildə rus və qeyri-rus əhali arasında paritetin yaranacağını güman edir. Həmçinin, Rusiyadakı rusların sayının 67 ildən sonra 73,2 milyona (mövcud əhalinin yarısına yaxın) azalacağı proqnozu mövcuddur.
Demoqrafiya İnstitutunun keçmiş direktoru Anatoli Vişnevskinin hesablamalarına görə, Rusiya əhalisini 144 milyon nəfər səviyyəsində təmin etmək üçün 2075-ci ildə miqrantların və onların nəsillərinin payı 50%-i keçməlidir. Vişnevskinin fikrincə, ruslar o vaxta qədər azlıq təşkil etməyəcəklər, çünki miqrantların nəsilləri assimilyasiya olacaq və özlərini milliyyətcə rus sayacaqlar.
Eyni institutun Müşahidə Şurasının sədri Yuri Krupnovun fikrincə də, yeganə ümid ikinci nəsildə mühacirlərin ruslaşdırmaqdadır.
Miqrant övladları arasındakı son rəy sorğularında respondentlərdən özünü milliyyətcə kim hiss etməsi sualına aşağıdakı cavablar gəlib: “rus qəlbli erməni”, “rus xalqının erməni oğlu”, “qara rus” (azərbaycanlı), “qanına görə qırğız, ruhən rus”.
Telegram kanalımız