Belarusun Qomel şəhərində Rusiya ilə danışıqlarda iştirak etmiş Ukrayna nümayəndə heyətinin üzvü Denis Kireyev qətlə yetirilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinskiy məlumat yayıb.
“Qomel şəhərində keçirilən danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü olmuş Denis Kireyev Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb”. pizza mizza
Onun sözlərinə görə, Denis Kireyev dövlətə xəyanətdə şübhəli bilinib.
Xatırladaq ki, fevralın 28-də Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Qomel şəhərində danışıqlar aparılıb.
Telegram kanalımız