Rusiya-Ukrayna müharibəsinin daha bir qurbanı Şəmkirdə dəfn olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Rusiya-Ukrayna müharibəsinin daha bir qurbanı Şəmkirdə dəfn olunacaq

Sosial

23 Avqust 2025 13:10 351


Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Şəmkir sakini həlak olub.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Rusiya vətəndaşı Rasim Kazımov may ayında gedən döyüşlər zamanı öldürülüb.

Bu ilin fevral ayında o, Rusiya ilə Ukrayna arasında gedən döyüşlərə qatılıb. Mərhumun yaxınları bildirilib ki, Rasim Kazımovun həlak olması ilə bağlı onlara 1 gün əvvəl məlumat verilib. pizza mizza

Meyitin yaxın günlərdə Şəmkirə gətirilməsi nəzərdə tutulub.

Rusiya-Ukrayna döyüşlərində həlak olan Rasim Kazımov subay olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!