Rusiya Ukraynada sürətlə irəliləyir: Strateji şəhər ələ keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukraynada sürətlə irəliləyir: Strateji şəhər ələ keçirildi

Dünya

02 Oktyabr 2024 17:40 599


Ukrayna Müdafiə Qüvvələri strateji əhəmiyyətli Vuqledar şəhərindən geri çəkilib. 

Modern.az-ın məlumatına görə, bu barədə Ukrayna ordusunun “Xortitsa” əməliyyat-strateji qoşun qrupu məlumat yayıb. 

Qrupun məlumatına görə, mühasirəyə düşmə təhlükəsi ilə əlaqədar Ukrayna hərbçiləri qoşunları şəhərdən çıxarmaq qərarına gəlib.  Pepperoni pizza

Şəhərin Rusiya qoşunları tərəfindən ələ keçirilməsi barədə xəbərlər əvvəlvə Ukrayna və Rusiyaya məxsus müxtəlif teleqram kanallarında yayılıb. Rusiyayönlü kanallar şəhərin müxtəlif ərazilərində rus ordusunun göründüyü videolar dərc edib. Ukraynanın "Suspilne" nəşrinin məlumatına görə, Vuqledarın böyük hissəsi ələ keçirilib, lakin Ukrayna Silahlı Qüvvələri bəzi ərazilərdə qalmaqda davam edir. 

Böyük strateji əhəmiyyət kəsb edən şəhər uğrunda döyüşlər 2022-ci ilin mart ayının sonundan etibarən davam edir. Yaşayış məntəqəsi təpədə və iki cəbhənin Donetsk vilayətində şərq və Zaporojyenin cənubunun qovşağında yerləşir. Şəhərdən 18 km şərqdə Rusiya ordusunun Donetsk-Volnovaxa xətti boyunca və daha da cənuba qoşun və texnika keçirə biləcəyi dəmir yolu relsləri var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!