Rusiya Ukraynanın təlim bölməsinə zərbə endirdi, 12 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukraynanın təlim bölməsinə zərbə endirdi, 12 nəfər öldü

Dünya

01 İyun 2025 15:47 320


Rusiya Ordusununın Ukrayna Quru Qoşunlarının təlim bölməsinə endirdiyi zərbə nəticəsində 12 nəfər ölüb, 60 nəfər yaralanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Quru Qoşunlarına istinadən məlumat yayıb.

"Bu gün, iyunun 1-də düşmən Ukrayna Quru Qoşunlarının təlim bölmələrindən birinin yerləşdiyi yerə raket zərbəsi endirib. Təəssüf ki, ölən və yaralanan hərbçilər var", - məlumatda deyilir. Pepperoni pizza

Hərbçilər qeyd ediblər ki, heç bir birləşmə və ya şəxsi heyətin kütləvi toplantısı keçirilməyib.

"Hava hücumu həyəcanı elan edildikdən sonra şəxsi heyətin əksəriyyəti sığınacaqlarda olub. Zərərçəkənlərə bütün lazımi zəruri tibbi yardım göstərilir", - Quru Qoşunlarından əlavə olunub.

Şəxsi heyətin itkilərinin bütün hallarını və səbəblərini aydınlaşdırmaq üçün Quru Qoşunları komandanlığında komissiya yaradılıb və daxili araşdırmaya göstəriş verilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!