Rusiya Ukraynaya atəşkəs təklif edir

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukraynaya atəşkəs təklif edir

Dünya

23 İyul 2025 23:36 1130


Rusiya Federasiyası Ukrayna tərəfinə tibbi qrupların işi üçün təmas xəttində qısamüddətli atəşkəs elan etmək imkanını nəzərdən keçirməyi təklif edib.

Yenisabah.az interfax-a istinadla xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.

"Biz bir daha təklif etdik ki, Ukrayna çox vacib məsələni nəzərdən keçirsin: təmas xəttində, cəbhə xəttində qısa, 24-48 saatlıq atəşkəs elan edilsin ki, tibb briqadaları yaralıları, cəsədləri götürmək imkanı əldə etsinlər”, - Medinski danışıqlardan sonra deyib. Dördpendirli pizza

O əlavə edib ki, Rusiya 7000-dən çox cəsədi Ukrayna tərəfinə qaytarıb və az sayda öz cəsədini alıb.

Danışıqlar qrupunun rəhbəri bildirib ki, Moskva daha 3 min əsgərinin cəsədini Kiyevə təhvil verməyə hazırdır.

"Ukrayna tərəfi texniki cəhətdən onları qəbul etməyə hazır olan kimi, ölülərin qalıqları xristian ənənəsinə uyğun dəfn olunmaq üçün Qırmızı Xaç Cəmiyyətinin köməyi ilə Ukraynaya təhvil veriləcək", - Medinski sözünə davam edib.

Bundan başqa, Rusiya və Ukrayna İstanbulda keçirilən danışıqlarda hər tərəfdən ən azı 1200 məhbusun mübadiləsinə dair razılığa gəliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!