Rusiya və Belarus idmançıları yarışlara buraxılmayacaq   - Qərar yeniləndi

saytların hazırlanması

Evə çatdırılma

Rusiya və Belarus idmançıları yarışlara buraxılmayacaq - Qərar yeniləndi

İdman

19 Oktyabr 2022 11:55 938


Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlara buraxılmaması haqda sanksiyaların müddəti uzadılıb.

Yenisabah.az-ın xəbərinə görə, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirib ki, Rusiya və Belarus idmançılarının öz bayraqları altında keçirilən yarışlara buraxılmaması ilə bağlı beynəlxalq federasiyalara tövsiyələr hələ də aktualdır.

Rusiya və Belarus idmançılarının yarışlara buraxılmaması haqda tövsiyələr hələ bu ilin fevralın 28-də Rusiyanın Ukraynaya hərbi hücumundan sonra verilib. Tomas Baxın sözlərinə görə, həmin qərar qüvvədə qalır. Dominos pizza

“Rusiya və Belarus idmançılarının heç bir beynəlxalq yarışa buraxılmamasını tövsiyə etmişik. Biz bunu etməliydik" - deyə Bax bildirib.

O bildirib ki, idmançılar siyasətin qurbanı olmamalıdır, amma BOK rəhbəri deyir ki, prezidenti olduğu təşkilatın başqa çarəsi qalmayıb. Bu qərar Ukraynadakı vəziyyətə münasibətindən asılı olmayaraq bütün Rusiya idmançılarına və idman rəsmilərinə şamil edilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!