Rusiya və İran gömrük rüsumlarını ləğv edir

saytların hazırlanması

Evə çatdırılma

Rusiya və İran gömrük rüsumlarını ləğv edir

İqtisadiyyat

23 Oktyabr 2023 09:36 1539


Rusiya və İran 2024-cü ilin mart ayına qədər iki ölkədən idxal olunan mallar üçün rüsumları aradan qaldırmağa razılaşıblar.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İran-Rusiya Birgə Ticarət Palatasının üzvü Kambiz Merkazemi bildirib.

“İran və Avrasiya ölkələri arasında münasibətlərin kommersiya inkişafı ilə əlaqədar olaraq, operatorların gömrük, tariflər və rəqabətli bazar sahəsində problemləri ilin sonuna kimi həll olunacaq”, - deyə bildirilib. Sezar pizza

O, belə problemlərin həllinin milli valyutalarda hesablaşmalar, həmçinin azad ticarət və İranın Rusiya, Ermənistan və Belarusla gömrük sərhədlərinin açılması olduğunu izah edib.

Merkazemi həmçinin qeyd edib ki, azad ticarət sazişinin həyata keçirilməsi üçün infrastruktur İran və Rusiya danışıqlarında yüksək səviyyəli qarşılıqlı anlaşma sayəsində sürətli templə yaradılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!