Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında birgə müdafiə paktı qanuniləşdirilib. Yeni müqaviləyə əsasən, hər iki dövlətin hər hansı birinə hücum olarsa, digər hərbi yardım göstərəcək.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, Moskva və Pxenyan arasında imzalanmış hərbi müqavilə özündə daha bir neçə nüansı ehtiva edir. Rusiya dövlət duması artıq müqaviləni rəsmən ratifikasiya edib.
Digər tərəfdən şimali koreyalı hərbçilər Ukrayna ərazisində Rusiya tərəfdən müharibəyə qoşulub. Artıq bir neçə cəbhə üzrə onların aktiv iştirakı rəsmən təsdiqlənib. Sezar pizza
Telegram kanalımız