Rusiya və Ukrayna İstanbulda - Yeni raund başlayır

saytların hazırlanması

Evə çatdırılma

Rusiya və Ukrayna İstanbulda - Yeni raund başlayır

Dünya

12 May 2025 16:03 308


Türkiyənin xarici işlər naziri Hakan Fidan etiraf edib ki, yaxın günlərdə Ukrayna ilə bağlı münaqişə tərəfləri bir araya gələcək.

Yenisabah.az xəbər verir ki, Vladimir Putin Rusiya və xarici mediaya müraciət edərək Ukraynanın mayın 15-də İstanbulda ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməsini təklif edib.

Mayın 11-də ABŞ prezidenti Donald Tramp Kiyev hakimiyyətini Rusiya prezidentinin Türkiyədə danışıqlara dair təklifi ilə dərhal razılaşmağa çağırıb. pizza hut

Öz növbəsində, Zelenski cümə axşamı Putini Türkiyədə gözləyəcəyini bildirib.

"İnanıram ki, yaxın günlərdə tərəflər kompromis axtarmaq üçün bir araya gələcəklər. İndi bildiyiniz kimi, Ukrayna tərəfi əvvəlcə atəşkəsə ehtiyac olduğunu bəyan edir, sonra danışıqlar, Rusiya tərəfi danışıqlar, sonra atəşkəs elan edir... Bu, normal prosesdir. Biz tərəflərin bir araya gəlməsini və atəşkəsi təmin etməsini istəyirik", - deyə Fidan vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!