Rusiya vətəndaşları ötən il Gürcüstanda 13 mindən çox evalıblar  

saytların hazırlanması

Evə çatdırılma

Rusiya vətəndaşları ötən il Gürcüstanda 13 mindən çox evalıblar  

Maraqlı

16 Yanvar 2023 12:50 624


Rusiya vətəndaşları 2022-ci il yanvarın 1-dən sentyabrın 9-dək Gürcüstanda 13 262 yaşayış evi satın alıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyi “Interpressnews”un sorğusuna cavabında bildirib. 

Sözügedən dövrdə ümumilikdə 15 164 daşınmaz əmlak üzərində Rusiya vətəndaşlarının mülkiyyət hüququ qeydiyyatdan keçirilib. Həmin dövrdə Gürcüstanda mənzil və obyekt sahibi olan Rusiya vətəndaşlarının sayının isə 12 335 nəfər olduğu bildirilib. pizza

Qeyd edək ki, Ukraynada müharibənin başlamasından sonra rusiyalıların Gürcüstana kütləvi miqrasiyası ölkədə mənzil bazarında kəskin bahalaşmaya səbəb olub. Paytaxt Tbilisi də daxil olmaqla bir sıra şəhərlərdə kirayə mənzillərin qiymətində 30 faizədək artım olduğu bildirilir./APA   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!